Azərbaycanlı zabit NATO-nun Norfolk Hərbi Dəniz komponentində xidmət edəcək

13 Noyabr 2012 11:29 (UTC+04:00)

Noyabr ayının 15-dən NATO-nun Norfolk Hərbi Dəniz komponentində Azərbaycan Silahlı Qüvvələrinin bir zabiti xidmətə başlayacaq.

APA-nın məlumatına görə, bu barədə Brüsseldə səfərdə olan azərbaycanlı jurnalistlərə NATO-nun mənzil qərargahından məlumat verilib.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Norfolkda NATO qərargah zabiti qismində (yəni təmsilçi olmayaraq) çalışacaq.

Yaxın perspektivdə isə NATO-nun üçüncü səviyyəli komandanlıqlarının qərargahlarına da Azərbaycan zabitlərinin göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin zabitləri NATO-nun baş qərargahı, Mons hərbi qərargahında, həmçinin Madrid, Neapol kimi komponentlərdə NATO qərargah zabitləri olaraq xidmət edirlər.