Rusiyanın Azərbaycanlı Gənclər İttifaqından erməni filmini boykot çağırışı
13 Noyabr 2012 10:56 (UTC+04:00)
Rusiyanın Azərbaycanlı Gənclər İttifaqı Azərbaycan diasporuna
ünvanlanmış bəyanatla çıxış edib. Bəyanatda xəbərdarlıq edilir ki,
ermənilərin çəkdiyi "Yarımçıq qalmış mahnı" kinofilmi
təhrikçilikdir və bu təhrikə uymaq lazım deyil.
"Rusiyanın Azərbaycanlı Gənclər İttifaqı Azərbaycan diasporunu
ermənilərin çəkdiyi şovinist ruhlu, iki gün bundan əvvəl premyerası
olmuş "Yarımçıq qalmış mahnı" filmini boykot etməyə çağırır.
İttifaqın nümayəndələri filmin nümayişində iştirak ediblər və bu
təhrikçi lenti hələ görməyən adamların hamısına bildirirlər ki,
millətçilik ideyası qanına-canına hopmuş erməni müəlliflər
Azərbaycan əsgərini qaniçən işğalçı, erməni əsgərini isə "vətən"ini
müdafiə edən ən nəcib bir insan kimi təqdim edərək sətiraltı
formada antiazərbaycan təbliğatı aparırlar. Bununla belə onlar öz
işlərini "sülhyaratma" kimi qələmə verirlər. Bu iyrənc filmin
prodüseri Qoar Gevorqyanın mövqeyi nifrət doğurur. O, premyerada
həyasızcasına demişdir ki, ermənilər sülh bağlamağa yalnız
Azərbaycan Dağlıq Qarabağın və ona bitişik torpaqların
müstəqilliyini tanıyandan sonra hazırdırlar. Budur "xalqlar
arasında qərəzsiz dialoq" adı ilə zalları ermənilər və
azərbaycanlılarla dolduraraq, bu yolla pul qazanan ermənisayaq
"sülhyaratma". Bu təhrikçi film bütün azərbaycanlılar tərəfindən
boykot edilməlidir", - bəyanatda deyilir.