Facebook kökəldir

13 Noyabr 2012 13:01 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da 500 adamın iştirakıyla reallaşan araşdırmada Facebook-dakı dost siyahısı sıx olan kəslər çox insanla ünsiyyət qurunca özlərini xoşbəxt hiss edir.

Bu səbəbdən xoşbəxt olan istifadəçilər idarələrini itirib özlərini yeməklə mükafatlandırır və daha çox pul xərcləyirlər.

Columbia Universiteti və Pitsburgh Universitetinin birlikdə təşkil etdiyi işi icra edən qrupdan Keith Vilcox mövzuyla əlaqədar Daily Mail qəzetinə danışaraq bunları söyləyib: "Özünüzə güvən nə qədər çox olsa nəzarət qabiliyyətiniz o qədər azalar. "Bu gün özümü yaxşı hiss edirəm, özümə bir mükafat verim" deyib yemək yeməyə başlamayın".