Rusiya ABŞ-a yardım göndərib

13 Noyabr 2012 14:39 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Rusiya "Sandy" qasırğasından təsirlənən insanlar üçün iki təyyarə yardımı Amerika Birləşmiş Ştatlarına göndərib. Rusiya Fövqəladə Hallar Nazirliyi veb saytından verilən şərhə görə, içərisində 50 tondan çox humanitar yardım olan 2 ədəd "İlyushin Il-76" təyyarəsi ABŞ-a göndəriləcək. Moskvanın Ramenskoye hava limanından qalxması planlaşdırılan təyyarənin içərisindəki yardımlarla Nyu Yorka göndərilməsi planlaşdırılır. Son dövrdə yaşanan ən böyük fəlakətlərdən biri olan "Sandy" qasırğası 50 milyard dollardan çox maddi ziyana səbəb olub. Qasırğalar nəticəsində 120-dən çox insan həlak olub.