İtaliya seldən əziyyət çəkir

13 Noyabr 2012 14:49 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İtalyanın mərkəzi bölgələrində təsirli olan sel fəlakəti 3 nəfərin ölümünə səbəb olub. Qrosetto qəsəbəsində sel sularının qismən yıxdığı körpüdən düşən insanlar həlak olub. Bölgədə dünən də 1 nəfər ölmüşdü. Toskana qubernatoru  Enriko Rossi təcili yardım üçün ordudan dəstək istəyib. Venesiyanın da daxil olduğu Şimali İtaliyada  sel suları infrastruktura ciddi zərər verib.