Şəkərli uşaq çayları yığışdırılıb

13 Noyabr 2012 14:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dünyada tanınan uşaq məhsulları istehsalçısı "Hipp", 12 aydan böyük uşaqlar üçün istehsal etdiyi qarışıq meyvə çaylarını Almaniyada toplamağa başlayıb. Çaylardaki yüksək şəkər nisbəti səbəbiylə tənqid olunan "Hipp"in baş icraçı rəhbəri Klaus Hipp, "Bu ay etibarilə yeni şəkərsiz məhsulları bazara təqdim etməyə başladıq." deyib. Hippin mübahisəli çayları ilə bağlı reklamlar, "Foodwatch" adlı qeyri-hökumət təşkilatı tərəfindən "ən üzsüz reklam yalanı" adı ilə seçilib.