Günəşin tutulmasını gözləyirlər

13 Noyabr 2012 14:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Avstraliyada 10 il müddətdən sonra izləniləcək günəş tutulması üçün minlərlə turist, elm adamı və səma alimləri sahil bölgələrində gözləməyə başlayıb. Elm insanları ölkənin şimal sahillərində günəşin çıxması ilə birlikdə başlaması gözlənilən və 150 ​​kilometrlik bir bölgədə görülə biləcək tutulmanın möhtəşəm təbiət möcüzəsi meydana gətirəcəyi deyilib. Ölkənin şimal sahillərində başlayacaq tutulma, Cənubi Sakit okean bölgəsinə doğru hərəkət edəcək. Təxminən iki dəqiqə davam edəcək tutulma ölkənin şərqində qismən görülə biləcək. Tam günəş tutulması ölkənin şimal bölgəsində də izlənilə biləcək.