"Microsoft"un proqram üzrə direktoru istefa etdi

13 Noyabr 2012 15:03 (UTC+04:00)
Movqe.Az bildirir ki, "Microsoft"un proqram hissəsi üzrə rəhbər Sinofski vəzifəsindən istefa etdiyini açıqlayıb. "Windows 8" əməliyyat sistemini oktyabr ayının sonunda təqdim edən "Microsoft", admiral gəmisi olaraq qəbul edilən məhsulundan cavabdeh olan Sinofskinin istifa etməsi ilə sarsılıb. Texnologiya dünyası gözlənilməz hadisə qarşısında çaş-baş qalıb. ABŞ mərkəzli "Pacific Crest Securities" investisiya şirkətindən Brendan Barnikl, "Bu şok  bir xəbərdir. Çox ani oldu." deyib. Barnikl, "Sinofskinin adı gələcəkdə "Microsoft"un icraçı baş rəhbəri ola biləcək insanların adları arasında ola bilərdi." deyə sözlərinə davam edib. Sinofskinin "Microsoft"dan ayrılması, ənənəvi iş strategiyasını dəyişdirərək yalnız proqram çıxarmaq yerinə təchizat istehsalına də keçiş edən "Microsoft"dakı çevrilmə günlərinə səbəb olub.