Ərini avtomobillə əzdi

13 Noyabr 2012 15:40 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-ın Arizona əyalətində 28 yaşlı bir qadın prezident seçkilərində səs verməyən yoldaşını avtomobiliylə əzib. Yoldaşının bir seçici olaraq səs verməməsinə acığı tutan və onunla mübahisə edən Holi Solomon şahidlərin ifadələrinə görə, avto dayanacaqda avtomobilinə minərək ərini qovmağa başlayıb. Solomon avtomobiliylə yoldaşını vurub və şansız ər isə səki daşları ilə cipin arasında qalıb. Onun vəziyyətinin ağır olduğu bildirilib. Holi Solomon isə ailə daxili şiddət və ağır cəza tələb edən hərəkətlə təqsirləndirilir.