Tibbdə yeni kəşf: sintetik dəri

13 Noyabr 2012 17:41 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Amerikalı elm adamları, özü özünü bərpa edə bilən,  toxunuşa həssas olan sintetik dəri yaradıb. "Nature Nanotechnology" jurnalında nümayiş olunan araşdırmaya görə Stanford Universiteti Mühəndislik Fakültəsinin bir qrup elm adamı tərəfindən inkişaf etdirilən sintetik dəri protez istehsalında yeni yol açıb. Bərpa etmə prosesində materialın quruluşunda hər hansı bir dəyişiklik meydana gəlmədiyinə işarə edən Prof. Bao, materialın beləcə özünü saysız sayda düzəldə biləcəyini söyləyib. Hidrogen bağları ilə bir-birinə bağlanmış uzun molekul zəncirlərindən ibarət olan davamlı plastik polimerdən əldə edilən sintetik dəri, atomlar arasındakı cazibə sayəsində özünü bərpa edə bilir.