Hilari Klinton:"Televiziya proqramı apara bilərəm"

13 Noyabr 2012 16:09 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ dövlət katibi Hilari Klintonun prezident Barak Obamanın ikinci dövründə vəzifəsini davam etdirməyəcəyi şərhindən sonra nə edəcəyi maraq mövzusu olmağa davam edir. 2016-ci ildəki prezident seçkilərində namizəd ola biləcəyi deyilən Klinton "New York Times" qəzeti müxbiri Qeyl Kolinsə müsahibə verib. Klinton, "Yalnız yatmaq, məşq etmək və zövq üçün səyahət etmək istəyirəm. İstirahət sözü əslində çox adi səslənə bilər, lakin 20 ildir istirahət etməmişəm. Yorulmayacağım bir an olacaqmı görəsən? "deyib. Klinton "Bəlkə də televiziyada proqram apararam" deyə zarafat edib.