Ermənilərə qan udduran Azərbaycan snayperləri
13 Noyabr 2012 16:22 (UTC+04:00)
Cəbhə xəttində Azərbaycanın Ermənistan üzərində birmənalı hərbi
üstünlüyə malik olması və ərazi bütövlüyünü güc yolu ilə bərpa
etməyə hazır ooduğu artıq beynəlxalq miqyasda da açıq etiraf
olunmaqdadır. Müxtəlif müasir hərbi texnika ilə təmin olunan
Azərbaycan Ordusu ilə üz-üzə gəlmək indi ermənilərin ən qorxulu
kabusundan birinə çevrilib. Elə bunun nəticəsidir ki, onlar hər
vəchlə xarici havadarlarından Azərbaycanın gücə əl atmasının
qarşısını almağı xahiş etməkdə, onlara yalvarmaqdadırlar.
Cəbhə zonasında isə ermənilərin canına qorxu salanlar sırasında
Azərbaycan snayperləri də xüsusilə seçilənlər sırasındadır. O da
sevindirici haldır ki, bu snayperlərin artıq böyük əksəriyyəti
yerli istehsaldır. Snayper tüfəngləri sahəsində Azərbaycanın
hərbi-sənaye kompleksinin fəxri İST 14.5 mm-i ("İstiqlal") və onun
"kiçildilmiş" variantı - 12,7 mm çaplı "İstiqlal" snayper
tüfənglərini göstərmək olar.
14,5 mm çaplı "İstiqlal"ın optik nişangahı özəlliyi ilə
analoqlarından fərqlənir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan
"İstiqlal" -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə
oluna bilir. Darağın tutumu 5 patron. 2 min metr məsafədə dəqiq
vuruş və beton hasarı dəlib keçmə qabiliyyətinə malikdir. Ölkəmizin
müxtəlif sərgilərdə təqdim etdiyi bu silah Azərbaycandan başqa,
Pakistan, Türkiyə və İordaniya ordularının silahlanmasına qəbul
edilib.
"Kiçik" "İstiqlal - snayper tüfənginin 12,7 mm çaplı variantı
12.7x108 mm patronlarla atəş açır, çəkisi 16 kq çatan tüfəng 2000
metr effektiv atəş məsafəsinə malikdir. Yeni silahın fərqli
xüsusiyyətləri də var: məsələn, İST 12,7 mm-dən buraxılmış güllə
100 metr məsafədə 20 mm qalınlığında zirehi deşməyə qadirdir.
Hazırda ölkəmizdən başqa Türkiyənin MKEK şirkəti tərəfindən
istehsal olunur.
"İstiqlal" snayperinin istehsalı və ideyası Azərbaycana aiddir. Bu
arada isə o da məlum olub ki, Azərbaycan mühəndislərinin
hazırladığı 12.7 mm-lik snayper tüfəngi gələn ilin əvvəllərində
orduda silahlanmaya qəbul ediləcək. "AzeriDefence"in məlumatına
görə, bu silahla bağlı sınaqlar zamanı silah üzərində xeyli
təkmilləşdirmələr aparılsa da bu barədə detalların açıqlanması
məqsədəuyğun sayılmayıb.
"İstiqlal" snayper tüfəngi ailəsindən olan yeni tüfəng silahlanmaya
"Mübariz" adı ilə qəbul ediləcək. Qeyd edək ki, yeni tüfəng
noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində
"İndoDefence -2012" müdafiə sərgisində nümayiş olunub. Bu tüfəng
eyni zamanda Azərbaycanın lisenziyası ilə Türkiyənin MKEK şirkəti
tərəfindən də istehsal ediləcək.
Snayper tüfəngi yerli müəssisədə hazırlanmış daha müasir optik
nişangahla təchiz olunub.
12.7x108 mm-lik patronlardan atəş açan "Mübariz" -50, +50 dərəcə
tempraturda effektiv istifadə oluna bilir. Silahın təyinatına
düşmənin yüngül və zirehli personal daşıyıcılarını, döyüş
maşınlarını, yerdə park edilmiş aviasiya vasitələrini, bağlı
mövqelərini məhv etmək daxildir. Çəkisi boş halda 16 kq təşkil edən
yarımavtomatik snayper tüfənginin darağının tutumu 7 patron, atış
məsafəsi 2 min metr təşkil edir.
Ermənistanda isə bir müddətdir ki, K-15 adı altında 12,7 mm çaplı
snayper tüfəngləri silahlanmaya qəbul edilib. 2000 metr məsafəyə
tək-tək rejimdə atəş aça bilən bu tüfəngin çəkisi 18 kq təşkil
edir. Optik nişangahı hədəfi 6 dəfəyə qədər yaxınlaşdıra bilir.
Hazırda K-15 qoşun sınaqları keçir və hələlik silahlanmaya qəbul
edilməyib. Bu silahın bir xüsusiyyəti də, onun maqazin vasitəsilə
deyil, "dayandoldurum" tüfənglər kimi doldurulmasındadır. Yəni
onlar Azərbaycan snayperləri ilə heç müqayisəyə belə gələ
bilməzlər.
Son illər Ermənistanda istehsal digər bir atıcı silah K-3 tipli
avtomatdır. Çəkisi 3,4 kq təşkil edən avtomat 5,45 mm çaplı
patronlarla atəş açır. Dəqiqədə 600 atəş aça bilən avtomatın
nişangah məsafəsi 400 metrdir. Avtomat 30 güllə tutan daraqla
təchiz olunur.
Ötən ildən başlayaraq, Azərbaycan və Rusiya arasında imzalanmış
sazişə görə, ölkəmizdə AK-74M "Xəzri" avtomatlarının istehsalına
başlanılıb. 5,45 mm çaölı patronlarla atəş açan silahın atış sürəti
dəqiqədə 650-yə bərabərdir. Nişangah məsafəsi 1000 metr, gecəgörmə
nişangahı ilə 300 metr təşkil edir. "Xəzri" artıq 50 ildən çoxdur
ki, dünyanın müxtəlif ölkələrində silahlanmaya qəbul edilmiş və elə
son 50 ilin bütün müharibələrində iştirak etmiş Kalaşnikov
avtomatlarının bazasında yaradılıb. O, AK-74M kimi eyni çəkiyə
malik olsa da, digərlərindən xarici görünüşündə belə fərqlənir.
Avtomatın üzərinə gecəgörmə, lazer tuşlaması, işıqlandırma
sistemləri quraşdırmaq olar. Yəni bu sahə də də əsas üstünlük
Azərbaycana məxsusdur. Digər hərbi texnikalar barədə də eyni
sözləri demək olar.