Çinin yeni liderləri dünya mətbuatının qarşısına çıxacaq

13 Noyabr 2012 16:47 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çində növbəti on il müddətində zirvə görüşlərinə istiqamət verəcək adların cümə axşamı günü mətbuat qarşısına çıxacağı bildirilib. Çin Xalq Respublikası tarixində beşinci nəsil liderlərin müəyyən tarixi konqresi sabah keçiriləcək yekun mərasimlə sona çatacaq. 82 milyon üzvlü, dünyanın ən böyük partiyası Çin Kommunist Partiyasının (ÇKP) 18-ci Milli Konqresində prezident və baş nazir vəzifələrinə gətiriləcək adlardan başqa, yüksək səviyyəli rəhbərliyini təşkil edən "Polit Büro" adlı təşkilat üzvlərinin də adları müəyyən olacaq.

Ölkədəki ordu, məhkəmə, əyalət, şəhər və etnik ünsürləri təmsil edən 2270 nümayəndənin iştirak etdiyi tarixi konqresdə, ölkə gələcəyinə aid əhəmiyyətli qərarlar müzakirə edilir.