Heyvanlar klonlanacaq

13 Noyabr 2012 18:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Braziliya nəsli kəsilmə təhlükəsi yaşayan, aralarında yaquar və canavarın da olduğu 8 heyvan növünü klonlamağı planlaşdırır. Braziliya Zoologiya Baxçası ilə ortaq şəkildə layihə icra edən Braziliyanın əkinçilik araşdırma agentliyi "Embrapa", klonlanacaq heyvanların heç birinin kritik səviyyədə yox olma təhlükəsiylə qarşı-qarşıya olmadığını açıqlayıb. Araşdırma üçün bu günə qədər çox heyvan skeletlərinə təxminən 420 toxuma nümunəsi yığdıqlarını bildirən mütəxəssislər, araşdırdıqları heyvanların Cerradodakı geniş çöllərdə yaşadığını, nəsli tükənmə təhlükə ilə qarşı-qarşıya olduğu üçün klonlama əməliyyatından sonra da nəzarət altında tutulacaqlarını qeyd ediblər.