Baş Nazir düymələrini bağlamağı unudub

13 Noyabr 2012 19:06 (UTC+04:00)
Movqe.Az bildirir ki, İngiltərənin Baş naziri Devid Kameron dünən axşam ənənəvi "Lord Mayor`s Banquet" yeməyində ölkəsinin maliyyə böhranı ilə bağlı müzakirələrdə iştirak edib. İngilis "Daily Mail" qəzetində yer alan xəbərə görə, İngiltərənin Baş naziri Kameron, danışıqlar zamanı sıranın ona gəlməsini gözləyərək kürsüdəki natiqin çıxışını dinləyib. Ancaq salondakılar natiqi dinləməkdənsə baxışlarını Baş nazir Devid Kameronun "köynəyinin açılmış düymələri"nə dikiblər. Maliyyə böhranı sahəsində Avro Bölgələrinin ölkələri ilə də bir çox qənaət tədbirləri mövzusunda razılaşa bilməyən Kameron xeyli fikirli olub. Sonra birdən, köynəyinin düymələnmədiyini görüb.

Kameron bir tərəfdən düymələrini bağlayıb, digər tərəfdən isə ətrafına baxaraq gülümsəyib.