Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete: “Katolik icması Azərbaycanda heç bir problem və təzyiqlə üzləşmir”

14 Noyabr 2012 14:00 (UTC+04:00)

"Katolik icması Azərbaycanda heç bir problem və təzyiqlə üzləşmir".

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycandakı katolik icmasının rəhbəri, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete deyib.

Onun sözlərinə görə, katolik icması Azərbaycanda kiçik icmalardan olsa da, ona münasibət digərlərindən fərqlənmir: "Bu gün Azərbaycanda bizim icmanın üzvlərinin sayı 500 nəfərdir. İcma üzvlərinin bir hissəsi xarici vətəndaşlardır. Azərbaycanda fəaliyyətə başladığımız ilk illərdən dini qurumlarla işləyən dövlət müəssisələri ilə əlaqələrimiz çox normal şəkildə davam edir".

O qeyd edib ki, fəaliyyətə başladıqları müddət ərzində digər dini icmalarla münasibətlər yüksələn xətt üzrə inkişaf edir.