"Toyota" 2.8 milyon avtomobilini geri çağırır

14 Noyabr 2012 16:35 (UTC+04:00)
Movqe.Az bildirir ki, Yapon avtomobil şirkəti "Toyota" dünya daxilində 2.8 milyon avtomobilini geri çağırmaq qərarı verib. Geri çağırma səbəbi, sükan mexanizmi və hibrid sistemindəki su nasosunda yaranan çətinliklərdir. 2000-ci ilin avqust ayı ilə 2012-ci ilin yanvar ayı tarixləri arasında satılan və aralarında "Prius" və "Corolla"nın da olduğu cəmi 13 model geri çağırılma siyahısında var. "Toyota", Yaponiyadan 1.5 milyon, ABŞ-dan 670 min, Avropadan 496 min avtomobilini geri çağıracaq.