Arılar niyə itir?

14 Noyabr 2012 17:15 (UTC+04:00)
Movqe.az xəbər verir ki, bütün dünyada arı koloniyalarının yoxa çıxmasının səbəbi tapılıb. "Qatil"in kim olduğunu təyin etmək üçün Çindən tutmuş ABŞ-a qədər aparılan araşdırmalar nəticə verib. Arılar tozlanmaya köməkçi olduqları kimi, əkinçilikdə də əhəmiyyətli  rol oynayır. Amma dünya səviyyəsində arıların sayı getdikcə azalır. Rejissor Markus İmhuf "Baldan daha vacib" adlı sənədli filmilə bu mövzuya diqqət çəkib. Zərərliləri bitki və meyvələrdən uzaq tutmaq üçün üzərlərinə tökülən pestisitlər ( zərərvericilərlə kimyəvi mübarizə vasitəsi) arılara da zərər verir. Çində pestisit istifadəsi səbəbiylə bircə arının belə yaşamadığı sahələr var. İnsanlar nərdivanlarla ağaclara çıxıb bu çətin işi özləri etməyə çalışır.