Ən bahalı qaraj

14 Noyabr 2012 17:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Lüks avtomobil markalarından olan "Ferrari" İtaliyadakı mərkəzində xüsusi bir qaraj sərgisi açıb. 275 GTB Dino, Daytona Spider və 512BB kimi klassik modellər ilə yanaşı, 2000-ci illərin modellərinin də yer aldığı ölkənin şimalındakı Maranello qəsəbəsindəki muzeydə sərgilənən avtomobillərin bir çoxu, markanın iyul ayında dünyasını dəyişən banisi Sergio Pininfarina tərəfindən hazırlanıb. 7 yanvara qədər davam edəcək sərgidə, Pininfarinanın son dizaynı, 2010-cu ilə aid olan və məhdud sayda çıxarılan Ferrari SA Aperta da yer alıb. Pininfarinanın oğlu "Bu sərgi atamı şərəfləndirmək üçün ən yaxşı vasitə olub" deyib.