İtaliyada qəribə hal izdiham yaradıb

18 Aprel 2012 15:26 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İtalyanın şimalındakı kilsələrin birində günahını "yumaq" üçün gələn insanların sayının çox olması izdihama səbəb olub. Bu izdihamın səbəbi isə 80 yaşlı kilsə keşişinin kar olmasıdır.

Hər Bazar günü günahını "yumağa" gedən bir gənc, "Onsuz da rahib heç bir günahımızı eşidə bilmir. Bu səbəblə hər şeyi danışa bilirik. Bu yolla da günahlarımızdan xilas oluruq", - deyib.

Treviso şəhəri yaxınlığındakı Moriago qəsəbəsində yerləşən bu kiçik kilsədə xüsusiylə, Bazar günü izdiham yaşanır. Kar keşiş Don Silvano isə əsasən gənclərin marağına səbəb olur.

Əfqanə Məzahirqızı

Movqe.Az