Nazirlər uşaqların suallarına cavab tapmadılar
14 Noyabr 2012 18:41 (UTC+04:00)
Movqe.az xəbər verir ki, bu gün sona çatan
Çin Kommunist Partiyasının (ÇKP) 18-ci Milli Konqresində təşkil
edilən bir mətbuat konfransında söz alan 11 yaşlı jurnalist Janq
Jiahe Çinli nazirə verdiyi sualla gündəmə gəlib. Janq artan mənzil
qiymətləri və bunun "oyuncaqlar daxil" bəzi istehlak maddələri
qiymətlərinə mənfi təsir göstərməsilə əlaqədar nazirə bir
sual verib. Daha sonra qida təhlükəsizliyi mövzusuna əl atan gənc
Janq sualları ilə ÇKP səlahiyyətlilərini "tərlədib". Bir həftə
davam edən Konqres sonunda bu gün yekun mərasim keçiriləcək. Sabah
isə on illik müddətdə dövlətin zirvə görüşünü təşkil edəcək adlar
mətbuat qarşısına çıxacaq. Dövlət Başçısı Hu Kintaonun vəzifəsini
Şi Kinpinqə təhvil verməsi gözlənilir.