Gül festivalı baş tutdu

14 Noyabr 2012 20:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hollandiyada 50 min adamın iştirakı ilə Avropanın ən böyük çiçək festivalı keçirilib. Zundert qəsəbəsində 1936-cı ildən bu yana təşkil edilən "Bloemencorso" adlı festivalda ulduz çiçəyi istifadə edərək nəhəng heyvan fiqurları düzəldilib. Zürafədən pələngə, pələngdən inəyə qədər bir çox heyvan heykəlləri 8 milyona yaxın çiçəklərin fərqli rənglərindən istifadə edilərək hazırlanıb.