Florida tətili üçün uşağını chr("39")xərçəng edibchr("39")

15 Noyabr 2012 14:35 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərədə yaşayan Emma La Garde sağlam oğlunun saçlarını kəsərək, məktəbə əlil arabasında   göndərdi. Emmanın bunu etməkdə məqsədi oğlu üçün verilən yardım pullarıyla tətilə çıxmaq olub.

İngilis Daily Mail qəzetinin xəbərinə görə, 7 yaşlı oğulunun kimyaterapiya gördüyünü söyləyən Garde oğlunun xəstə olduğunu Facebookda elan edərək dövlətdən və vətəndaşlardan kömək almağa başlayıb.

Gardenin kömək pullarıyla ABŞ-ın Florida əyalətində tətil etdiyi üzə çıxıb.

Dövlətin əlillər üçün ayırdığı büdcədən pul alan və özünə verilən avtomobillə gəzən 37 yaşlı Gardenin saxta həkim sənədləri sayəsində 4 il boyunca kömək pulu aldığı müəyyən olunub.

Gardenin yalanlarını üzə çıxaran köhnə həyat yoldaşı olub. Atası oğulunun vəziyyətinə dözə bilməyərək saxta sənədləri məktəbə təqdim edib.

Garde 7 il həbs cəzası alıb. Oğlu məhkəmədə: "Anama nifrət edirəm. Məncə o, normal bir insan deyil" - deyə bildirib.