Azərbaycan yığması Şimali İrlandiya ilə heç-heçə oynayıb

15 Noyabr 2012 10:07 (UTC+04:00)
Futbol üzrə Azərbaycan millisi 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununda Belfastda Şimali İrlandiya yığması ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 5-ci dəqiqədə Rauf Əliyev açıb. İrlandlar oyunun əsas vaxtına artırılmış 6-cı dəqiqədə bərabərlik topunu vura biliblər.