Sponsora qalsaydı, çoxdan..... (FOTO)

18 Aprel 2012 17:31 (UTC+04:00)


"Azəri Star" mahnı müsabiqəsinin iştirakçısı Vahidə Zeynalova ona təklif olunan köməkliyi rədd edir. Bu barədə Movqe.Az xəbər portalına müğənni özü danışıb. V.Zeynalova bildirib ki, sponsor anlayışı ölkədə birmənalı qarşılanmadığı üçün ona olunan təklifləri rədd edir. O, istəyir ki, öz hesabına yaradıcılıq fəaliyyətini inkişaf etdirsin: "Toylara dəvət alıram. Amma müəyyən səbəblərə görə, yaradıcılıq fəaliyyətim ləngiyir. Bunun da əsas problemi maddiyyatla bağlıdır. Toylardan olan gəlir isə yalnız öz xərclərimə çatır. Sponsora qalsaydı, çoxdan ulduz olardım. Öz əziyyətimlə, öz hesabımla yaradıcılığımı inkişaf etdirmək istəyirəm. Eləcə də nə isə kömək etmək istəyən şəxsləri belə, istəmirəm. Ona görə ki, həmin şəxslər sonra deyirlər ki, "biz filankəsin sponsoru idik". Bu səbəblə, sponsor anlayışı bizdə birmənalı qarşılanmır. Mən də bunu istəmirəm", - V.Zeynalova söylədi.

Müğənni onu da qeyd etdi ki, may ayında xalq mahnısını duet oxuyacaq: "Elvin Abbasov ilə duetimiz olacaq. Amma may ayında xalq mahnısını duet oxuyacağam. Həmin mahnı yeni aranajemnada olacaq və həmin şəxsin adını gizli saxlayıram. İnşallah, bu duetimizin uzunmüdətli olmasına güman edirik", - V.Zeynalova dedi.

Fuad Mədətov

Movqe.Az