ABŞ-da 50 milyon insan aclıq sərhəddində yaşayır

15 Noyabr 2012 15:02 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-da 50 milyon insanın aclıq sərhəddində yaşadığı bildirilib. Əhali Sayı Ofisinə görə ABŞ-da 2011-ci ildə əhalinin 16.1 faizi aclıq sərhəddində yaşayıb. Rəsmi rəqəmlər isə bunun 15 faiz olduğunu göstərib. Hər iki nisbət 2010-ci ilin nəticələrindən çox daha fərqlidir. İctimai təhlükəsizlik və sağlamlıq xərclərinin nəticələr üzərində əhəmiyyətli bir faktor olduğu ifadə edildib.Yoxsulluq sərhəddinin artmasında vergi, iş və sağlamlıq faktorları əsas götürülüb. Sağlamlıq xərcləri 10.6 milyon insanın, iş xərcləri isə 5.3 milyon insanın aclıq sərhədi altında yaşamasına səbəb olur.