"Sony" qəti cavab verib

15 Noyabr 2012 16:01 (UTC+04:00)
Movqe.az xəbər verir ki, son iki ildir bu qrupla problem yaşayan  "Sony" artıq qəti həll yolu tapıb. Yenə də bir çox istifadəçisini itirməsinə səbəb olan bu xakker hadisələrinə, son iki həftədir yenisi əlavə olunub. Birbaşa olaraq "Playstation 3"ə zərər vermək istiqamətində olan bu yeni problem qarşısında "Sony"dən dəqiq cavab gəlib. Əgər xakkerlər tərəfindən zərər görüldüyü düşünülən  konsol başda "PSN Store" və online oyunlar olmaqla "Sony"nin onlayn sistemlərindən hər hansı birinə daxil etsə, elə həmin anda yox ediləcək. Belə cihazlar artıq "Sony" tərəfindən rəsmi olaraq istifadəsiz olacaq.