Söz azadlığı üçün "Gangnam Style"

15 Noyabr 2012 17:15 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, hind əslli ingilis heykəltəraş Aniş Kapor Cənubi Koreyalı müğənni Psinin "Gangnam Style" videosunu öz tərziylə şərh edərək ifadə azadlığını müdafiə edəcək. Bir çox müğənni, rəqsçi və oyunçunu da layihəyə daxil edən Kaporun bu işi Çinli sənətçi Ai Veiveiyə dəstək və Çin rəhbərliyinə cavab xüsusiyyətində olacaq. Bundan əvvəl eyni məqsədlə tək başına etdiyi "Gangnam" rəqsi Çində internetdə dərhal qadağan edilmişdi. Öz studiyasında bu axşam çəkiləcək olan video haqqında danışan Kapor, "inanılmaz dəstək gördüklərini" ifadə edib.