30 Noyabr 2011 10:22 (UTC+04:00)
Hal-hazırda Azərbaycanın 10 şəhər və rayonunda gənclər üçün evlərin
inşa edilməsi üçün torpaq sahələri ayrılıb. Bunu Azərbaycanın
gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə,
yaxın günlərdə Gənclər Fondunun da açılması planlaşdırılır.
Bundan əlavə, Azad Rəhimov qeyd edib ki, hal-hazırda nazirlik
tərəfindən gənclər üçün ipoteka proqramı işlənib hazırlanmaqdadır.
"Növbəti ildə bu proqramın dövlət büdcəsindən böyük maliyyə dəstəyi
almasını və gənclər üçün ipoteka şərtlərinin sadələşdirilməsini çox
istərdik" - deyə, A.Rəhimov bildirib.