İsrail Qəzzanı havadan və dənizdən vurdu - VİDEO

15 Noyabr 2012 16:29 (UTC+04:00)
Zərbələr nəticəsində 15 nəfər ölüb, 94 nəfər yaralanıb. İsrailin ötən gün Qəzzaya qarşı başladığı hərbi əməliyyatlar davam edir. Movqe.Az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İsrail Silahlı Qüvvələrinin havadan və sudan "Həmas"a qarşı hücumlarında 15 nəfər fələstinli həlak olub, 94 nəfər yaralanıb.
Ölənlərdən birinin BBC-nin bölgədəki müxbirlərdən biri Cihad Mişaravinin 11 aylıq oğlu olduğu bildirilir. Qəzza müxbirinin qardaşı da ağır yaralanıb.
Digər bir məlumata görə, isə Qəzzadan açılan raket atəşi nəticəsində 3 israilli dinc sakin həyatını itirib.
İsrailin Aralıq dənizində olan donanması Qəzzaya şimaldan da zərbə endirib. Havadan hücumlar zamanı "Həmas"ın silahlı qanadı olan "İzzədin Kassam Tuqayları"nın lideri Əhməd əl-Cabəri qətlə yetirilib.
Mətbuatda yer alan məlumata görə, əməliyyatın rəsmi adı "Müdafiə sütunu"dur.
Ötən axşam televiziya vasitəsilə xalqa müraciət edən İsrailin baş naziri Binyamin Netanyahu "Həmas"a və digər terror təşkilatlarına açıq mesaj göndərdiklərini demişdi. "Lazım olsa əməliyyaı genişləndirməyədə hazırıq".