Bu günə olan hava şəraiti

15 Noyabr 2012 10:47 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında noyabrın 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb, şimal küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə noyabrın 15-də bəzi yerlərdə yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 9-14, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnozlara görə isə noyabrın 15-də Abşeron yarımadasında buludlu, rütubətli və küləkli hava şəraiti meteohəssas insanlarda diskomfort hissi yaratsa da, noyabrın 16-17-də oksigenlə daha zəngin və təmiz havaların üstünlüyü, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.