Millimizin növbəti heç-heçəsi

15 Noyabr 2012 17:54 (UTC+04:00)
DÇ-2014 cü ilin seçmə mərhələsi çərçivəsində millimiz 14.11.2012 tarixində növbəti oyununa çıxıb.Azerbaycan komandası səfərdə Şimali İrlandiyanın qonagı olub.Kamran Agayev,Mahir Şükürov,Reşad Sadıqov,Əfran İsmayılovun yoxlugunda millimiz qələbə niyyəti ile meydançaya çıxmışdılar.Oyun başlar başlamaz hücuma atılan meydan sahibləri, gözlənilmədən öz qapılarında qol gördülər.Artıq matçın 5-ci dəqiqəsində Rauf Əliyevin uzaqdan möhtəşəm qol ilə önə çıxdıq.Qoldan sonra tezyiqi artıran rəqib çoxlu hücumlar təşkil etməyə başladı.Kəskinləsməyə baslayan yagış isə futbolçularımızın işini dahada çətinləşdirdi.Lakin millimiz hesabı oyunun əsas vaxtına kimi qoruyub saxlamagı bacardı.Hakim matçın sonuna 6 dəqiqə əlavə etdi.Bu atdım gəzlənilən idi.Çünki,oyun zamanı futbolçularımız tez-tez yere yıxılaraq tempi aşagı salmaga çalışırdılar,bu da hakimin nəzərindən qaçmadı.Əlave olunmuş 6-cı dəqiqədə rəqib istəyinə çatdı.Əlavə vaxtda Devid Hili cərimə zərbəsi ilə hesabı bərbərləşdirdi.Buraxılan qol zamanı canli səddin düzgün qurulmaması Şimali İrlandiyanın hesabı bərabərləşdirməsinə gətirib çıxartdı.Oyun 1-1 hesabı ilə başa çatdı.
Matçdan sonra keçirilən mətbuat konfransında rəqib komandanın kapitanı oyun haqqında öz fikirlərini jurnalistlərlə bölüşüb:" Oyunun çətin kecəcəyini öncədən bilirdik.Qələbə qazanmaq üçün əlimizdən gələni etdik.Təəssüf ki , imkanlardan lazımınca yararlana bilmədik."