Bu günə olan hava şəraiti
17 Noyabr 2012 10:20 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin
məlumatına görə Bakıda və Abşeron yarımadasında noyabrın 15-dən
16-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gün
ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 13-16 dərəcə isti təşkil
edəcək.
Azərbaycanın rayonlarında isə noyabrın 16-da hava şəraitinin əsasən
yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı,
Lənkəran-Astara zonasında az yağış yağacağı gözlənilir. Şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 11-16, dağlarda gecə 0-3,
gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnozlara görə küləkli və yağışlı hava
şəraitindən sonra noyabrın 16-17-də meteoroloji amillərin zəif və
mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən
əlverişlidir.