İlham Əliyev BVF nümayəndə heyəti ilə görüşüb
15 Noyabr 2012 18:50 (UTC+04:00)
Prezident İlham Əliyev bu gün Beynəlxalq Valyuta Fondunun Yaxın
Şərq və Orta Asiya ölkələri Departamentinin direktoru Masud Əhmədin
başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında
əlaqələrimizin uğurlu inkişafından məmnunluq ifadə olunub,
əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə
edilib.
Görüşdə, həmçinin ölkəmizdə bazar iqtisadiyyatı istiqamətində
həyata keçirilən islahatların və makroiqtisadi sabitliyin təmin
olunmasının önəmi vurğulanıb, Azərbaycanın prioritet elan etdiyi
informasiya-kommunikasiya texnologiyaları, turizm, kənd təsərrüfatı
sahələrinin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.