Fil turistlərin avtomobilini tərs çevirdi

16 Noyabr 2012 14:09 (UTC+04:00)

Movqe.az xəbər verir ki,Cənubi Afrikada tətil edən yeni nişanlı cütlük Təbii Həyat Parkında gəzərkən gözlənilməz bir qəzaya uğrayıb. Yollarına çıxan fil avtomobillərini tərsinə çevirib.

Hadisə anı həmin vaxt parkı gezən başqa bir tərəfindən görüntülənib. Dişini avtomobilə keçirən fil içindəki turistlərlə birlikdə avtomobili havaya qaldırıb və tərsinə çevirib. Fil, ətrafdakıların çaşmış baxışları arasında avtomobili o şəkildə buraxaraq yoluna davam edərkən İngiltərədən olan turistlər hadisədən xəsarət almadan xilas olub.