Dünyanın ən kasıb prezidenti

16 Noyabr 2012 14:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, Uruqvayın Prezidenti Jose Mujikanın digər prezidentlərdən böyük bir fərqi var. Bütün  Prezidentlərindən olduqca fərqli bir həyat sürən Jose Mujika dünyanın ən yoxsul Prezidenti kimi tanınır. Fermada yaşayan və maaşının çoxunu xeyriyyə təşkilatlarına bağışlayan Mujikanın bütün var-dövləti 2 avtomobil və yaşadığı ferma evindən ibarətdir. O, 12 min dollarlıq maaşının 90 faizini xeyriyyə təşkilatlarına bağışlayır. Mujikanın təkcə iki polis mühafizəçisi və üç ayaqlı iti gün ərzində çölə nəzarət edir. Bütün həyatını bu şəkildə keçirdiyini qeyd edən Mujika, "Sahib olduğum şeylərlə rahat bir həyat yaşaya bilirəm." sözlərini  söyləyib. 2009-cu ildə Prezident seçilən Jose Mujika, 1960 və 70-ci illərini partizan olaraq keçirib. İndiyə qədər 6 dəfə vurulub və ömrünün 14 ilini həbsxanada keçirib. Mujika, həbsxanada keçirdiyi illərin həyata olan baxışını dəyişməsinə kömək olduğunu söyləyir. "Bahalı həyat seçən insanlar yoxsulluq çəkər." ifadələrini söyləyən Uruguay Prezidentinin bank hesabı və borcu yoxdur.