O da təhlükəsizlik problemi yaşayıb

16 Noyabr 2012 16:24 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Amerika Aviasiya və Kosmos Dairəsi" (NASA), bu həftə işçilərinə bir notbuk kompüterinin oğurlandığını və bu kompüterdə minlərlə çalışana aid ictimai təhlükəsizlik nömrəsi kimi fərdi məlumatların yer aldığını açıqlayıb.Vaşinqtondakı "NASA" mərkəz binasında yerləşən avtomobilin içindən oğurlanan kompüterin şifrəli olduğu, lakin sabit diskin şifrəsinin qorunmadığı işçilərə çərşənbə axşamı günü göndərilən məktublar vasitəsilə bildirilib. "NASA" ötən illərdə də təhlükəsizlik problemeleri yaşamışdı. Son dəfə mart ayında "Kennedi Kosmos Mərkəzi" ndən 2300 işçinin və şagirdin xüsusi məlumatlarının olduğu kompüter oğurlanmışdı.