Qlobal istiləşmə dayanıb?

16 Noyabr 2012 16:40 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngilis Meteorologiya Təşkilatı qlobal istiləşmə prosesinin 16 il əvvəl dayandığını desə də, bunun əksini müdafiə edənlər də olub. Təşkilatın ötən  həftə yayımladığı uzun müddətli istilik qeydlərinə görə, 1980-1996 arasında olan sürətli istiləşmə 1997-ci ildən sonra dayanıb. İngilis meteoroloqlarının hazırladığı qrafikdə son 16 ildir xüsusilə nəzərə çarpan bir artımın olmadığı görülüb. Hətta 2012-ci ilin ilk səkkiz ayının əvvəlki illərə görə diqqətə çarpacaq şəkildə soyuq olduğu qeyd olunub. İngilis Meteorologiya Təşkilatının hesabatını qiymətləndirən müstəqil metroloqlar isə, şərhləri aldadıcı tapıb. East Anglia Universitetinin professoru Fil Cons 16 illik dövrün iqlim məlumatları çərçivəsində bu məsələni qiymətləndirmək üçün çox qısa bir müddət olduğunu irəli sürüb..