Qadınlar rekord qırıb

16 Noyabr 2012 17:25 (UTC+04:00)

Movqe.Az bildirir ki, İngiltərənin paytaxtı Londonda təşkil edilən rekord yarışında, bir avtomobilin içinə girən 28 qadın "Guinness" rekordlar kitabına girməyə haqq qazanıb. Temza çayı sahillərində reallaşan rekord sınağı, üzərində Böyük Britaniya bayrağı olan "Mini Cooper" avtomobili üçün rekord qırmaq istəyən 28 ingilis qadın, bütün güclərini göstəriblər. Müvəffəqiyyətlə nəticələnən rekord zamanı bir-birindən əyləncəli anlar yaşanıb. Rekord ənənəvi "Guinness Dünya Rekordları Günü" ilə eyni günə düşüb.