Özünü öldürməyə çalışdı

16 Noyabr 2012 18:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-ın Kolorado əyalətindəki kinoteatrda "Batman" filminin ilk nümayişində 12 adamı öldürən Ceyms Holmes intihara təşəbbüs edib. 27 yaşlı Holmes, əvvəl yatağının üzərinə çıxıb özünü kürək üstü yerə atıb. Sonra isə qaçaraq başını divarlara vurmağa başlayıb. Bir gün xəstəxanada yatan Holmes, Denverdəki məhkəməsini də qaçırdıb. Polis qaynaqlarından alınan xəbərlərə görə, hadisəni görənlər bu intihar cəhdini "könülsüz" olaraq xarakterizə edib.