"Facebook"da yenilik olacaq

16 Noyabr 2012 18:38 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Facebook" mobil skanerlərlə istifadə edilən veb səhifəsinə "paylaş" düyməsi əlavə edib. Xəbər axışındakı məzmunların altında yerləşən "bəyən" və "şərh et" düymələrinin yanında yerini alan paylaş düyməsi, eynilə Facebook.com stolüstü internet səhifəsində olduğu kimi istifadəçilərə bəyəndikləri məzmunları öz profillərində paylaşmağa imkan verir. Facebook üzvləri, əlaqədar məzmunu paylaşmaq istədikləri qrupu və ya yoldaş siyahılarını seçə bilir. Bu yenilik indiyə qədər "Facebook" üçün bir prioritetə ​​malik deyildi. Görünür, Facebook mobil istifadəçiləri məmnun etmək üçün hər cür imkanı təqdim etməyə qərar verib.