Bu da "Samsung"un yeni telefonları

16 Noyabr 2012 18:29 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Samsung-Apple mübarizələri davam etsə də, Cənubi Koreya şirkəti "Samsung" telefon ekranlarında şüşə yerinə plastik istifadə etdiyi cihazın ardıcıl istehsalına keçəcəyini açıqlayıb. 2013-cü ilin ilk yarısında ardıcıl istehsalı planlaşdırılan plastik məhsullar əyilib büküldükdə qırılmayan, mövcud modellərdən çox daha incə və şəffaf bir telefon olacaq. "Samsung"un qırılmaz telefonunun ekranı ən şiddətli zərbədə belə qırılmır.