BMT-dən İsrail və Fələstinə çağırış

16 Noyabr 2012 18:41 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, BMT-nin insan haqları komissarı Navi Piley İsraili Qəzzaya hücumları, fələstinliləri isə bu hücumlara cavab verməyi dayandırmağa çağırıb.
Piley 3 gündür davam edən qarşılıqlı atışmada 3 israillinin və biri uşaq, biri hamilə olmaqla çox sayda fələstinli dinc vətəndaşın ölümü qarşısında dəhşətə qapıldığını söyləyib.
Navi Pileyin sözçüsü Rupert Kolvil jurnalistlərə verdiyi açıqlamada insan haqları komissarının Qəzza zolağındakı vəziyyətdən çox narahat olduğunu bildirib.