Bu günə olan hava şəraiti
16 Noyabr 2012 18:49 (UTC+04:00)
Movqe.Az xəbər varir ki, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin
məlumatına görə Bakıda və Abşeron yarımadasında moyabrın 17-də hava
şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, axşam buludluluğun
artacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11, gündüz 13-16 dərəcə isti təşkil
edəcək.
Azərbaycanın rayonlarında isə noyabrın 17-də hava şəraitinin əsasən
yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 13-17, dağlarda gecə 1-5,
gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Həftə sonu Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin
təsiri altında olması meteohəssas insanlar üçün əsasən
əlverişlidir.