Prezident və ailəsi Bayraq Meydanında

17 Noyabr 2012 10:39 (UTC+04:00)

Dövlət başçısı və xanımı təmir və bərpa olunan bir sıra binalarda görülən işlərin gedişi ilə maraqlandılar. Bildirilib ki, təmir və bərpa işləri layihəyə uyğun olaraq həyata keçirilir.

Daha sonra Prezident və xanımı sərgi salonu kimi nəzərdə tutulan binada həyata keçirilən inşaat işləri ilə də tanış olublar.

Dövlət Bayrağı Meydanı ətrafında görülən abadlıq işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.