Bu daram ilk olaraq London kinomanlarının ixtiyarına verildi

19 Noyabr 2012 13:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Toran filmlər silsiləsinin sonuncusu - "Toran, Saqa: şəfəq 2" fantastik dramı ilk olaraq London kinomanlarının ixtiyarına verilib. Yüzlərlə fanat ordusunun qatıldığı mərasim maraqlı anlarla yadda qalıb. İki ölməz qəhrəman Bella və Edvard... Bir neçə il ərzində bu cütlük evliliklərinin ən xoşbəxt anlarını yaşayırlar. Bella vampirə çevrildikdən sonra tədricən yeni təbiətinə öyrəşməyə başlayır. Edvard və Kallenlər ailəsi isə ona bu işdə dəstək göstərir. İki sevən şəxsin Renesmi adlı qızları var və indi onları qarşıda bütöv bir əbədiyyət gözləyir..Yarı insan, yarı vampir Renesmi ilə görüşən Ceykob, bu balaca qız üçün bir dosta çevrilir. Lakin qəhrəmanların hüzur dolu günləri bitmək üzrədir. Londonun Leyçestə meydanında rallaşan qalada filmin əsas 3 qəhrəmanı Robert Pattinson, Kristen Styuart və Teylor Lotner bir araya gəliblər. Ulduzlar fotolar çəkdirib avtoqraf verməyi də unutmayıblar. İstedadlı aktrisa Kristen Styuart Toran filmlər silsiləsini yaradıcılığının əsas uğuru kimi qiymətləndirib.

Aktrisa Kristen Styuart bildirir ki, Toran filmləri özlüyündə maraq dünyasından ibarətdir: "Hər dəfə filmin setinə gələndə yeni bir macəra ilə qarşılaşacağımı gözləyirdim. Artıq 5 ildir ki, Toran həyatımın bir hissəsinə çevrilib. Heyfslənirəm ki, bu layihə başa çatdı, amma bundan da uğurlu filmlərlə qarşınıza çıxmağa söz verirəm.

Stefani Mayerin eyni adlı romanı əsasında ekranlaşdırılan fantastik dramın rejissorluğunu bu dəfə də Bill Kondon üzərinə götürüb. 130 milyon dollar büdcəyə malik ekran əsərində digər rolları Piter Façinelli, Eşli Qrin, Cekson Retborn, Nikki Rid və başqaları canlandırıb.

Aktyor Robert Pattinson sonuncu bölüm daha maraqlı olduğu fikirndədir: "Filmi izləyəndən sonra sanki uzun zaman oxuduğun kitabı bitirirsən. Bu hissləri ifadə edə bilmirəm. Mütləq izləyin".

"Summit Entertainment" kinostudiyası tərəfindən istehsal edilən çox hissəli, "Toran", "Yeni ay", "Ay tutulması", "Toran, Saqa: Şəfəq 1" adlı 4 bölümdən sonra lentə alınan sonuncu filmin Los Anceles və Tokioda da premyeraları gerçəkləşəcək.  "Toran, saqa, şəfəq 2" noyabrın 16-dan Birləşmiş Krallıq və ABŞ kinoteatrlarında nümayiş olunacaq.