Avropaya inteqrasiya üzrə ixtisaslaşmış sayt istifadəyə verildi

19 Aprel 2012 11:44 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Avropaya İnteqrasiya üzrə ixtisaslaşmış sayt istifadəyə verilir. www.euintegration.az, eyni zamanda www.avrointeqrasiya.az ünvanlarında yerləşən portal Azərbaycan Hüquqşünasları Konfederasiyasının, Prodemos İctimai Birliyinin, Avrasiya Hüquqşünaslar Assosiasiyasının  koalisiya qaydasında cəlb etdikləri layihələr nəticəsində yaradılmış Avropaya İnteqrasiya üzrə ixtisaslaşmış xəbər saytıdır. Portalın yaradılmasında məqsəd iqtisadi, hüquqi, sosial və mədəni sahədə Avropa dəyərlərinin təşviqi yolu ilə cəmiyyətin və onun ayrı ayrı sosial strukturlarının Avropaya inteqrasiyasına yardım etməkdir.

Portalda Avropaya inteqrasiyanın "Demokratiya və İnsan Hüquqlari", "İqtisadiyyat", "Maarifləndirmə", Ətraf mühit və enerji təhlükəsizliyi", "Cəmiyyət" və s. sahələri üzrə bölmələr yaradılmışdır. Sahələrin hər birinə müvafiq olaraq istifadəçilərə "İnsan hüquqları", "Mətbuat azadlığı", "Yoxsulluq əleyhinə mübarizə", "Biznesə dəstək"  " QHT əməkdaşlığı"  "VİZA" "Gənclərin sosial iştirakçılığı"  "Sosial Proqramlar"  "Təhsil"  "Cəmiyyət"   "Xəbərlər", eyni zamanda "Siyasət", "İdman", "Biznes", "Texnologiya", "Əyləncə", "Hüquq", "Sosial" , "Hərbi" və bir sıra digər başlıqlar altında geniş informasiya təqdim edilir. Portalda xüsusi bölmə müsahibələrə ayrılıb.

Qeyd olunan layihə koalsiyanı təşkil edən QHT-lər tərəfindən Avrasiya Əməkdaşlıq Fondunun, SİDA, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə fəaliyyət göstərir.

Saytın istiqamətinə uyğun xəbərləri [email protected][email protected] ünvanına göndərə bilərsiniz.

Portalın rəhbəri Azərbaycan Hüquqşünasları Konfederasiyasının Baş katibi, Hüquq üzrə fəlsəfə doktoru Nadir Adilovdur.


Tural QABİLOĞLU