Bakının bu küçə və prospektlərinə girməyin

19 Noyabr 2012 14:27 (UTC+04:00)

Bakıda nəqliyyatın sıx olduğu və daimi tıxac yaranan küçə və prospektləri açıqlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sutkanın 24 saatı ərzində paytaxtın bütün mərkəzi küçə və prospektləri kameralar vasitəsi ilə izlənilir. Nəqliyyatın normal hərəkətinin təmin olunması üçün NİİM tərəfindən lazımı tədbirlər görülür. Lakin günün müxtəlif vaxtlarında Bakının bəzi küçə və prospektlərində tıxaclardan qaçmaq mümkün olmur. Şəhərdə ən çox tıxaclar isə axşam saatlarında, sakinlərin işdən çıxıb evə getdiyi vaxtlarda qeydə alınır. NİİM Bakıda tıxacların ən çox qeydə alındığı yerləri, küçə və prospektləri təqdim edir.  Daimi tıxac və sıxlıq qeydə alınan küçə və prospektlər:    


Küçə/prospekt, Sıxlıq qeydə alınan vaxt, İstiqamət  

Moskva pr., səhər saatları, CƏNUB (şəhər)    

Moskva pr., axşam saatları,  ŞİMAL  (Bakı-Sumqayıt şos.)

Tbilisi pr., Axşam və səhər saatları,  Nəqliyyat Nazirliyinin qarşısı

3 mkr. dairəsi,  axşam saatları,  Abbasqulu Ağa Bakıxanov küç.,  gün ərzində

Rəşid Behbudov küç., gün ərzində

Bakixanov küç., kəsişmə Ak.Həsən Əliyev küç., pik saatlarda

Səməd Vurğun küç. kəsişmə Əziz Əliyev küç., pik saatlarda  

Üzeyir Hacıbəyov küç., pik saatlarda,

Şah İsmail Xətai pr., gün ərzində,  

Şərq və Yaşıl bazarın qarşısı Neftçilər pr., axşam saatları,

Azneft meydanı Niyazi küç., axşam saatları,

Babək pr., axşam saatları

Oktay Vəliyev küç.,kəsişmə Yusif Səfərov küç., axşam saatları

Nobel pr,. axşam saatları,

Ramiz Quliyev küç., kəsişmə Sakit Qocayev küç., gün ərzində

Bakixanov t/m (Razin), Qara Qarayev pr., gün ərzində

8 km. Bazarının qarşısı, Laçın t/m qarşısı, Abdulvahab Salamzadə küç. axşam saatları

Ziya Bunyadov küç. kəsişmə Ağa Neymətulla küç. pik saatlarda