Bakıdakı həbsxanaya görüşə gəlmiş şəxsin ayaqqabısından narkotik çıxdı

19 Noyabr 2012 17:09 (UTC+04:00)

Bakının Nizami rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisəsində qəribə hadisə baş verib. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 41 yaşlı Elnur Əsgərovun qısamüddətli görüşünə gəlmiş 40 yaşlı Müşfiq Abdullayevin fırıldağının üstü açılıb. 

Onun ayaqqabısının içərisində yerləşdirdiyi 4 bağlamada polietilen sellofana bükülmüş 4.016 qram heroin, 37 qram həşiş, müəyyən çəkidə tiryək və marixuana aşkarlanıb. 

M.Abdullayev tutularaq Nizami rayon Polis İdarəsinə təhvil verilib. Onu da əlavə edək ki, E.Əsgərov Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə məhkum olunub.