Ermənistanın qondarma iqtisadi artımı

19 Noyabr 2012 18:03 (UTC+04:00)

Ermənistanda yenədə un bahalaşır. Bu barədə yerli mətbuat yazır. Buna səbəb isə idxal edilən unun gömrük rüsumunun qalxmasıdır. Belə ki. bu həftədən başlayaraq "Aykakan Jamanak" qəzetinin yazdığına görə, unun bir tonunun rüsumu 110 dollara qalxıb. 

Bu addım Ermənistan büdcəsini hər necə olursa olsun doldurmaq üçün atılır. Axı Ermənistan borc içindədir və hətta onun iqtisadiyyatını dəstəkləyən Rusiya belə artıq borc vermir. 

Təbiidir ki, indi əsas qida məhsulu olan çörəyində qiyməti artacaq. Yerli ekspertlər də dəfələrlə yeni ilə kimi ərzaqların qiymətinin artacağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Budur artıq ilk zəng çaldı. İndi ət, süd, yağ və başqa ərrzaqların qiymətini artacağını gözləmək lazımdır. 

Ermənistanın idxal etdiyi qazın qiymətinin də taleyi aydın deyil. Aydındır ki, bütün bunlar bu cuzi maaşa baxan Cənubi Qafqaz respublikasının əhalisinin cibinə güclü zərbə vuracaq. Amma bu ölkənin hakimiyyəti hansısa mifik - əfsanəvi iqtisadi artımdan dəm vurular. 

İndi ancaq bir şeyi tapmaq qalır əgər bu artımdırsa, onda azalma necə olur görəsən?